“AZRT” MMC Bakı şəhərində yeni konsept mağazasını istifadəyə verib.

Bakı şəhəri, Əhməd Rəcəbli 31/5 ünvanındakı yeni mağazanın qurulmasıda müştəri yönümlü yanaşmadan istifadə edilib.

“Əminik ki, bu konsept mağazada Bakıda yaşayan bütün müştərilərimizə daha üstün keyfiyyətli xidmət göstərəcəyik, çünki bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. Xidmətimizi Azərbaycanın bütün regionlarında yaşayan müştərilərimiz üçün daha əlçatan etmək məqsədilə biz ölkənin müxtəlif şəhər və rayonlarında yeni mağazaların qurulmasını davam etdirəcəyik.”

Şirkət bu ilin sonuna qədər bir neçə yeni mağazanın açılışını planlaşdırıb.