Biz kimik?

Haqqımızda

Azərbaycanda qeyri-qida sahəsində ilk addımlarını 2016-cı ilin sonlarından etibarən atmağa başlayan AzRT MMC qısa müddətdə kifayət qədər uğur qazanmağı bacarmışdır. Şirkətimizin əsas fəaliyyət sahəsi rabitə avadanlıqlarının ölkəyə idxalı və satışıdır. Bu işin təşkil edilməsində rəhbərlik tərəfindən kiçik maliyyə resurslarını cəlb edərək fəaliyyətə başlamağımıza baxmayaraq, artıq 2017-ci ildə ölkəmizdə bir sıra hegemon şirkətlərlə əməkdaşlıq müqaviləsi imzalayaraq dövriyyəsini genişləndirmiş və Cənab Prezidentimizin 2004-cü ildə imzaladığı sərəncama əsasən öz maliyyə mühasibatlıq uçotunu beynəlxalq uçotda aparılması haqqında tövsiyəsinə ciddi əməl edərək tam şəffaf uçot aparılmasına, eyni zamanda, hal-hazırda kiçik mənfəətlə olsa belə ədalətli ticarət devizini özünə uyğun görərək fəaliyyətini davam etdirir. Eyni zamanda maliyyə resurslarının idarə edilməsi və idxal-satış əməliyyatlarının tam peşəkar və sivil yolla tənzimlənməsi də şirkətimizdə prioritet məsələlərdən biridir. Bu sahə də tam peşəkarlara etibar edilmişdir. Şirkətimizin ABŞ-nın “Zebra Technologies” şirkəti ilə əməkdaşlığı var və satışda olduğu kimi, idxal müstəvisində də ədalətlilik daima ön plandadır. Fəaliyyət sektorumuz bununla da yekunlaşmır, qarşıda duran vəzifələr müzakirə olunur və kiçik sahibkarlıqdan orta sahibkarlığa qədər maliyyə-mühasibat xidmətlərinin göstərilməsi planlaşdırılır. Şirkətimizin sloqanı – Azad, Zəmanətli, Rəqabətli, Ticarət – adımızın mənasını bildirir. Bu sektorda və gələcək planlarımızda məqsəd və amalımız birdir. Biz bu ölkəyə xidmət etməkdən bu işi görməkdən zövq alırıq

BRENDLƏRİMİZ